• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Ukrayna daha çox ərazi itirəcək - Masala

DÜNYA

15 Fevral 2024 | 12:18

Ukrayna daha çox ərazi itirəcək - Masala

Almaniyada Ukraynada yaxın gələcək üçün ssenarini təsvir ediblər.

Bakıvaxtı.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə alman hərbi ekspert Karlo Masala bildirib .

Məlumata görə,Ukrayna sursat qıtlığı və Qərb ölkələrinin yardımının olmaması səbəbindən tezliklə daha çox ərazi itirə bilər.

“Məncə, döyüş sursatı və rotasiya məsələsi həll olunmasa, o zaman yaxın gələcəkdə ukraynalılar indiyədək çox yaxşı müdafiə etdikləri şəhərləri tərk etmək məcburiyyətində qalacaqlar” .

Ekspert onu da vurğulayıb ki, keçmiş prezident Donald Tramp ABŞ seçkilərində qalib gəlsə, Ukrayna və Avropa çətin vəziyyətə düşəcək. O, gəldiyi qənaəti Avropa İttifaqının Kiyevə müstəqil şəkildə tam yardım göstərə bilməməsi ilə izah edib .

Qeyd etdək ki,bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Tramp Ukraynaya pulsuz yardım göstərməkdən imtina etməyi təklif etmişdi. Əvəzində ölkəyə kreditlərin verilməsi ideyasını irəli sürüb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026