• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Trampdan NATO bəyanatı

DÜNYA

15 Fevral 2024 | 12:29

Trampdan NATO bəyanatı

Tramp seçki kampaniyasında iştirak etdiyi Cənubi Karolinanın Şimali Çarlston bölgəsində NATO ilə bağlı söylədiyi fikirlərlə bağlı açıqlama verib.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, verdiyi bəyanatların arxasında olduğunu vurğulayan Tramp, "Ödəməsələr, biz onları qorumayacağıq. Başa düşdünüz?" deyib.

Xatırladaq ki, həftə sonu Cənubi Karolinada etdiyi çıxışda Tramp prezident olduğu müddətdə NATO qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən müttəfiqlərə qarşı Rusiyanın hər hansı hücumunun qarşısını almayacağı ilə hədələyib.

Qeyd edək ki, bu sözlərə Baydendən başqa NATO üzvü olan avropalı siyasətçilər də reaksiya verib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026