• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Putindən flaş "xərçəng peyvəndi" açıqlaması

DÜNYA

15 Fevral 2024 | 13:35

Putindən flaş "xərçəng peyvəndi" açıqlaması

"Xərçəng peyvəndi kimi tanınan immunitet sistemini tənzimləyən yeni nəsil dərmanlar istehsal etməyə yaxınıq”.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbəe verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən Gələcəyin Texnologiyaları Forumunda çıxışında deyib.

Dünyada milyonlarla insanın ölümünə səbəb olan xərçəngə qarşı aparılan araşdırmalardan danışan Putin rus alimlərinin xəstələrin istifadəsinə verilə biləcək xərçəng peyvəndi istehsal etməyə yaxın olduqlarını vurğulayıb.

Rusiya lideri bəyanatında aşağıdakı ifadələrə yer verib:

"Xərçəng peyvəndi kimi tanınan immunitet sistemini tənzimləyən yeni nəsil dərmanlar istehsal etməyə yaxınıq. Ümid edirəm ki, tezliklə fərdi müalicə üsulları kimi effektiv istifadə olunacaq”.

Rusiyada xərçəng hadisələrinin nəzarət altına alınması üçün işləri davam etdirdiklərini bildirən Putin 500-dən çox xərçəng klinikasının bu mövzuda aktiv şəkildə çalışdığını əlavə edib. Lakin peyvəndin hansı xərçəng növünə qarşı təsirli olduğuna dair heç bir təfərrüat paylaşmayıb.

Qeyd edək ki, bu sahədə tədqiqatlar təkcə Rusiyada aparılmır. Uğur şahin və Özləm Türeci cütlüyünün qurduğu BioNTech ilə 2030-cu ilə qədər 10 min xəstəyə çatmağı hədəfləyən "fərdiləşdirilmiş xərçəng müalicəsi" təmin edən klinik sınaqlara başlamaq üçün müqavilə imzalamışdı.

Digər tərəfdən, ABŞ-ın əczaçılıq nəhəngləri Moderna və Merck & C, xərçəng peyvəndinin orta mərhələdə tədqiqatı zamanı üç illik müalicədən sonra ən ölümcül dəri xərçəngi olan melanomanın təkrarlanma və ya ölüm ehtimalını iki dəfə azaltdıqlarını açıqlamışdılar.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026