• Bakı 15° C

    1.79 m/s

Zelenski Stoltenberqlə görüşdü

DÜNYA

16 Yanvar 2024 | 16:46

Zelenski Stoltenberqlə görüşdü

İsveçrədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Zelenski öz teleqram kanalında paylaşıb. 

Məlumata görə, tərəflər görüş zamanı Ukraynada döyüş meydanındakı vəziyyət, eləcə də Kiyevin müdafiə ehtiyaclarını müzakirə ediblər. 

Xatırladaq ki, Ukrayna lideri İsveçrədə Dünya İqtisadi Forumunda iştirak edəcək və həmkarları ilə görüşlər keçirəcək. Onun forumda çıxışının yanvarın 16-da baş tutacağı planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026