Rusiya və Çin ABŞ-ı Yəmənə qeyri-qanuni hücumlarda ittiham edir.
Bakıvaxtı.az "ALJAZEERA"-a istinadla xəbər verir.
Məlumata görə, BMT Təhlükəsizlik Şurasında çıxış edən Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski vəÇinin BMT-dəki nümayəndəsi Zhang Jun ABŞ-ı Yəmənə icazəsiz və qeyri-qanuni hücumlar həyata keçirməkdə ittiham ediblər.
Belə ki, ABŞ səfirinin müavini Robert Vud və Böyük Britaniya səfiri Barbara Vudvord çərşənbə günü keçirilən görüşdə Yəməndəki Husilərin hədəflərinə zərbələrin özünümüdafiə məqsədi ilə atıldığını və“mütənasib və qanuni addım” atıldığını deyiblər.
Qeyd edək ki, İranın dəstəklədiyi husilər, İsrailin Qəzzaya qarşı müharibəsinə etiraz olaraq noyabr ayından etibarən Qırmızı dəniz vəƏdən körfəzində həm ticarət, həm də hərbi gəmilərə hücum edir və bu, dünyanın əsas gəmiçilik marşrutlarından birində böyük fasilələrə səbəb olur.
Mina Mikayılova
















