Meksikada bəy və gəlin toy günü həbs edilib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar narkotik vasitələrin dövriyyəsində və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunublar.
Gəlin və bəydən başqa, toyda iştirak edən 6 nəfər də qaçaqmalçılıqda ittiham edilərək həbs edilib.
Şübhəlilərin yanvarın əvvəlində Meksikanın cənubunda pilotsuz təyyarə ilə onlarla insanı öldürməkdə ittiham olunan “La Familia Michoacana” kimi tanınan narkotik şəbəkəsi ilə əlaqəsi olduğu güman edilir.
Polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir.
Günəş Mərd
















