• Bakı 16° C

    2.71 m/s

Ukrayna B planına keçə bilər

DÜNYA

17 Dekabr 2023 | 17:18 | Müəllif: Subhan Mahmudov

Ukrayna B planına keçə bilər

2024-cü ilin ilk günlərində Qərbin maliyyələşdirməsi olmasa, Ukrayna daxili borclanmaya əl atmaq məcburiyyətində qalacaq.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib.

"Əgər maliyyə dəstəyi yanvarın ilk günlərində gəlməsə, bu o deməkdir ki, biz B planına keçməliyik. B planı çoxsəviyyəli ola bilər, amma inanıram ki, ilk mərhələdə kapital götürmək və daxili bazarda vəsait əldə etmək üçün daxili bazara üz tutmaq kifayətdir”, - deyə o bildirib.

Eyni zamanda Ustenko etiraf edib ki, hadisələrin bu cür inkişafı əlavə gərginliyə səbəb olacaq: 

"Bu, çox çətin olacaq, təbii ki, bu, Maliyyə Nazirliyində əlavə gərginlik və hətta əsəbilik yarada bilər, çünki onlar ölkənin büdcəsinə cavabdehdirlər. Lakin bu, yanvar ayı ərzində vəziyyəti həll etməyə imkan verəcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026