• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Vəbadan ölənlərin sayı 374-ə çatdı

DÜNYA

16 Yanvar 2024 | 13:54

Vəbadan ölənlərin sayı 374-ə çatdı

Zambiyada vəba epidemiyasından ölənlərin sayı 374-ə yüksəlib.

Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, səhiyyə naziri Silvia Masebo jurnalistlərə bildirib ki, vəba epidemiyası 2023-cü ilin oktyabr ayından bu yana ölkənin 116 regionundan 45-nə təsir edib.

Ölkədə son 24 saatda 12 nəfərin vəbadan öldüyünü qeyd edən Masebo 431 epidemiyaya yoluxan aşkarlandığını bildirib.

Beləliklə, 2023-cü ilin oktyabr ayından ölkədə vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 374-ə çatıb.

"Son 24 saat ərzində müxtəlif müalicə mərkəzlərindən 363 xəstəni evə buraxdıq. Bu rəqəm 388 xəstənin evə buraxıldığı bazar günü və 400 xəstənin evə buraxıldığı şənbə günündən bir qədər aşağıdır", - deyə nazir qeyd edib.

Masebo Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş 1,4 milyon dozadan ibarət 1,7 milyon ağızdan vəba peyvəndinin ilk partiyasını aldıqlarını bildirib.

Əlavə olaraq, səhiyyə naziri ölkənin müxtəlif bölgələrinə təsir edən fövqəladə hallara uğurla cavab vermək üçün vaxtaşırı ağızdan vəba peyvəndlərindən istifadə etdiklərini deyib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026