Moskvanın mərkəzindəki Puşkin meydanında yerləşən “İzvestiya” zalının həyətində üç istifadəsiz binada baş verən yanğın lokallaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.
"Hazırda yanğın lokallaşdırılıb. Ölənlər barədə məlumat yoxdur”, - mənbə bildirib.
***
09:03
Rusiyanın paytaxtında güclü yanğın olub.
Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, hadisə Puşkin meydanında “İzvestiya zalı”nın binasında qeydə alınıb.
İlkin olaraq yanğının sahəsinin təxminən 800 kvadratmetr olduğu bildirilsə də, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yanğının sahəsinin iki dəfə artdığını bildirib.
"Yenidənqurma işləri aparılan inzibati binada yanğın baş verib. İlkin məlumata görə, yanğının sahəsi 1,5 min kvadratmetrdir. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir", - mətbuat xidmətindən bildirilib.
Yanğınsöndürmə işləri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Murad Məmmədli

















