• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyədə "şeyx" qalmaqalı: Gənc qızları...

DÜNYA

15 Fevral 2024 | 10:39

Türkiyədə "şeyx" qalmaqalı: Gənc qızları...

Türkiyədə özünü imam Mehdi kimi təqdim edən Mustafa Çabuk adlı saxta şeyxin gənc qızları aldadaraq Çanaqqaladakı oteldə yanında saxladığı üzə çıxıb.

Bakıvaxtı.az“TGRT Haber”ə istinadən xəbər verir ki, məsələ qızı itkin düşən ananın "Esra Erol'da" verilişinə müraciət etməsindən sonra bəlli olub.  

Qızını geri qaytarmaq üçün Esra Eroldan kömək istəyən Fatma Xanım 7 aydır qızından xəbər almadığını bildirib. Ananın sözlərinə görə, qızı evdən çıxarkən zühr edən imam Mehdini görmək üçün Çanaqqaya getdiyini deyib.

Çox keçmədən canlı yayıma qoşulan gənc qız ailəsini istəmədiyini və MustafaÇabukun sadəcə elm öyrətdiyini bildirib.

Digər tərəfdən "Mehdi"nin şagirdlərinə qamçı vurduğu üzə çıxıb. Verilişə gələn Mustafa Doğan Derince adlı şəxs əlində problem olduğunu və Çabukun onu qamçılamasından sonra sağaldığını deyib. Onun səsləndirdiyi fikirlər tamaşaçıları təəccübləndirib.

Esra Erol bildirib ki, bu şəxs əvvəllər qaçaqmalçılığa görə həbs edilib və sonra Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Türkiyə gündəmini alt-üst edən hadisə ilə bağlı araşdırmalara başlanılıb.  

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR