• Bakı 22° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Rusiya Ermənistana silahlar göndərdi

DÜNYA

16 Yanvar 2024 | 13:34

Rusiya Ermənistana silahlar göndərdi

Rusiya Ermənistana silahlar göndərib.

Bakıvaxtı.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə hakim “Mülki Müqavilə” Partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində deyib.

O bildirib ki, silahlar artıq Ermənistana çatdırılıb.

Deputatın sözlərinə görə, hərbi təyinatlı məhsullar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana tərəfinə verilib.

Q.Melkonyan konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026