• Bakı 23° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Putin Baydeni təriflədi: "O, daha təcrübəlidir"

DÜNYA

15 Fevral 2024 | 09:13

Putin Baydeni təriflədi: "O, daha təcrübəlidir"

Rusiya istənilən ABŞ Prezidenti ilə işləməyə hazırdır, lakin daha yaxşı olar ki, bu, Co Bayden olsun.

    Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

    “Rusiya Federasiyası üçün ABŞ prezidenti kimi hansı siyasətçi daha yaxşıdır: Co Bayden, yoxsa Donald Tramp?” sualına Putin belə cavab verib:

    “O (Bayden), daha təcrübəli, proqnozlaşdırıla bilən insandır, köhnə formasiyanın siyasətçisidir. Ancaq biz Amerika xalqının güvəndiyi istənilən ABŞ lideri ilə işləyəcəyik”, - Rusiya lideri izah edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Sentyabr 2026