• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

ABŞ Türkiyədəki bu konsulluğunu bağladı

DÜNYA

18 Oktyabr 2023 | 22:29

ABŞ Türkiyədəki bu konsulluğunu bağladı

ABŞ etirazlar fonunda Türkiyənin Adana şəhərindəki konsulluğunu qeyri-müəyyən müddətə bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın Ankaradakı səfirliyi məlumat yayıb.

Səfirliyin internet saytındakı təhlükəsizlik bildirişində deyilir: "ABŞ-ın Adanadakı Konsulluğu növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlı olacaq. ABŞ vətəndaşları görüşlərini dəyişdirə bilər və ABŞ-ın Ankaradakı səfirliyində xidmət göstərəcəklər".

Qeyd olunur ki, ABŞ-ın Türkiyədəki hökumət işçilərinə gediş-gəlişi minimuma endirmək və Adanadakı konsulluğun konsulluq dairəsinə getməmək göstərişi verilib.

Vaşinqton vətəndaşlara qarşıdakı həftələrdə gözlənilən İsrail və Qəzza zolağındakı vəziyyətlə bağlı Türkiyədə genişmiqyaslı etiraz aksiyaları keçirəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ötən gecə Türkiyənin bir sıra şəhərlərində İsrail diplomatik nümayəndəlikləri qarşısında Qəzza zolağında xəstəxana binasının vurulmasına görə etiraz aksiyaları keçirilib. Türkiyə mətbuatı xəbər verir ki, Adanada etirazçılar ABŞ Konsulluğunun binasına daş və “Molotov kokteyli” atıblar. Adanada həm də İncirlik Hava Bazasında ABŞ hərbçiləri yerləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026