• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Latviya dörd minə yaxın rusiyalını deportasiya edəcək

DÜNYA

19 Sentyabr 2023 | 00:14

Latviya dörd minə yaxın rusiyalını deportasiya edəcək

Latviyada yaşayan və dil imtahanından keçməyən və ya iştirak üçün müraciət etməyən Rusiya vətəndaşları gələn həftədən etibarən üç ay ərzində ölkəni tərk etmələri barədə bildirişlər almağa başlayacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin nümayəndəsi Mayra Rouzun verdiyi məlumata görə, belə şəxslərin ümumi sayı təxminən 3600 nəfərdir. Onlara ölkəni tərk etmək üçün 90 gün müddət verilir.

Bu həftə Latviya Seymi son müddəti uzatmaq və dil imtahanından keçməyə cəhd edənlər üçün iki illik keçid dövrü təmin etmək qərarına gəlib. Yeni qaydalara tabe olan 25 000 Rusiya vətəndaşından 14 000-i artıq Latviyada daimi yaşamaq üçün müraciət edib. Daha 1000 nəfər imtahan müddətinin uzadılmasından xəbərsiz olduqları üçün müvəqqəti yaşamaq üçün müraciət edib. Təkrar imtahandan keçmək üçün 6700 nəfər müraciət edib.


SON XƏBƏRLƏR

21 Dekabr 2024