• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ukraynanın müdafiə naziri istefaya hazırlaşır

DÜNYA

20 Avqust 2023 | 10:19 | Müəllif: Subhan Mahmudov

Ukraynanın müdafiə naziri istefaya hazırlaşır

Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa verə biləcəyini bildirib.

Bakıvaxtı.az xəbər verib ki, bu barədə Reznikov “Klymenko Time” nəşrinə müsahibəsində deyib.

“Belə qərarlar dövlət başçısı tərəfindən verilir. Lakin istefamı istəyən insanlara gülmək gücüm və yumor hissim yoxdursa, özüm gedə bilərəm”, - deyə o bildirib.

Yanvar ayında Ukrayna Müdafiə Nazirliyi korrupsiya qalmaqalının mərkəzində olub.

Daha sonra Ukrayna mətbuatında departamentin məsul şəxslərinin ordu üçün ərzaq alarkən sui-istifadə etməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, Reznikov daha sonra Böyük Britaniyada səfir təyin edilməklə vəzifəsindən azad oluna bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026