• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Stoltenberq və Ərdoğan Nyu-Yorkda görüşdü

DÜNYA

19 Sentyabr 2023 | 09:28

Stoltenberq və Ərdoğan Nyu-Yorkda görüşdü

NATO Baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşüb.

Bakıvaxtı.az xəbər verir ki bu barədə NATO Baş katibi "X" hesabında paylaşım edib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Nyu Yorkda görüşməkdən məmnunam. Biz terrorla mübarizəmizi gücləndirməyi müzakirə etdik və mən Türkiyənin Qara dəniz taxıl müqaviləsini canlandırmaq üçün gördüyü işlərə görə ona təşəkkür etdim. Vilnüsdə razılaşdırıldığı kimi, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünə ən qısa zamanda baxacaq", Stoltenberq paylaşımında bildirib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026