• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

AB-də Azərbaycan-Ermənistan müzakirəsi olacaq

DÜNYA

19 Oktyabr 2023 | 00:23 | Müəllif: Subhan Mahmudov

AB-də Azərbaycan-Ermənistan müzakirəsi olacaq

Avropa Birliyinin Xarici Əlaqələr Şurası Ermənistan və Azərbaycan ətrafında vəziyyəti müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Şura Ukraynadakı vəziyyəti müzakirə edəcək, Ermənistan və Azərbaycanla bağlı hadisələrə dair fikir mübadiləsi aparacaq.

Daha sonra nazirlər İsrail və Qəzza zolağındakı vəziyyətə diqqət ayıracaq.

Qeyd edək ki, Xarici Əlaqələr Şurasının iclası oktyabrın 23-də Lüksemburqda Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Jozep Borrellin sədrliyi ilə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR