• Bakı 20° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Ukrayna Dünya Bankından 1,1 milyard dollar ala bilər

DÜNYA

17 Noyabr 2023 | 23:47 | Müəllif: Subhan Mahmudov

Ukrayna Dünya Bankından 1,1 milyard dollar ala bilər

"Ölkə sosial ödənişlər üçün Dünya Bankından 1,1 milyard dollar kredit ala bilər".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal bildirib. 

“Ukrayna tərəfdaşlarından pul cəlb etməkdə davam edir. Dünya Bankından 1,1 milyard dollara yaxın kredit. Biz onlardan sosial ödənişlər, təhsil, tibb və digər prioritet ehtiyaclar üçün istifadə edəcəyik”, - Şmıqal bildirib. 

Bundan əvvəl Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi Dünya Bankı ilə kənd təsərrüfatının bərpası üçün 700 milyon ABŞ dolları məbləğində qrant yardımının ayrılması haqqında saziş bağladığını açıqlamışdı . Pulun damazlıq inək, qoyun və ya keçi yetişdirmək üzrə ixtisaslaşmış kiçik kənd təsərrüfatı məhsulları istehsalçılarına da göndərilməsi planlaşdırılır. Layihənin bu il və 2024-cü ildə həyata keçirilməsi planlaşdırılır.

Bir gün əvvəl Fransanın müdafiə naziri Sebastien Lecornu bildirmişdi ki, Paris Kiyevin Fransa silahlarını almağa davam etməsi üçün Ukraynaya dəstək fonduna daha 200 milyon avro ayıracaq .


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR