• Bakı 20° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İsrail ordusu Livana zərbələr endirib

DÜNYA

17 Dekabr 2023 | 21:05 | Müəllif: Subhan Mahmudov

İsrail ordusu Livana zərbələr endirib

İsrail hərbçiləri sərhəd bölgələrinin atəşə tutulmasına cavab olaraq Livana, o cümlədən orada fəaliyyət göstərən "Hizbullah" təşkilatının hədəflərinə yeni hücumlar həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarında Livandan İsrailin şimalındakı Har Dov ərazisi istiqamətində zərbə qeydə alınıb. İsrail Müdafiə Qüvvələrinin tankı cavab tədbirləri görüb", - məlumatda deyilir.

Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi və helikopteri də Livanda "Hizbullah" terror təşkilatının infrastrukturuna və hərbi kompleksinə zərbələr endirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026