• Bakı 20° C

    2.65 m/s

İraqın şimalını təmizləyənə qədər əməliyyatlar davam edəcək - Ərdoğan

DÜNYA

16 Yanvar 2024 | 20:29 | Müəllif: Subhan Mahmudov

İraqın şimalını təmizləyənə qədər əməliyyatlar davam edəcək - Ərdoğan

İmperialistlərin İraq və Suriyada “Terroristan” yaratmaq planları var olduqca heç kimsə özünü təhlükəsiz hiss edə bilməz.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

    O qeyd edib ki, Türkiyə terror mənbəyi olan İraqın şimalını təmizləyənə qədər bu bölgədəki əməliyyatları davam edəcək:

    “Sərhədlərimizdən kənarda hərbi mövcudluğumuz vətənimizin təhlükəsizliyi, vətəndaşlarımızın əmin-amanlığı üçün həyati əhəmiyyət kəsb edir, burada geri dönüş yoxdur. Kimin nə deməsindən, hansı hədə-qorxu gəlməsindən asılı olmayaraq qarşıdakı aylarda mütləq bu istiqamətdə yeni addımlar atacağıq”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Oktyabr 2026