• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Zuzana Çaputova İlham Əliyevi təbrik edib

DÜNYA

15 Fevral 2024 | 19:47 | Müəllif: Subhan Mahmudov

Zuzana Çaputova İlham Əliyevi təbrik edib

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib.

Bakıvaxtı.az bildirir ki, məktubda Zuzana Çaputova Prezident vəzifəsinə seçilməsi münasibətilə dövlətimizin başçısını Slovakiya vətəndaşları adından və şəxsən öz adından təbrik etdiyini bildirib.

Slovakiya Prezidenti müasir dünyanın bir sıra çağırışlarla üzləşdiyini qeyd edərək, həll yollarının qarşılıqlı əməkdaşlıq, dialoq, çoxtərəflilik və beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında tapılmasının önəmini vurğulayıb.

Slovakiya ilə Azərbaycan arasında uzunmüddətli dostluq əlaqələrinin mövcud olduğunu bildirən Prezident Zuzana Çaputova qarşılıqlı olaraq səfirliklərin açılması sayəsində ölkələrimizin əməkdaşlığının daha da dərinləşəcəyini qeyd edib.

Prezident Zuzana Çaputova Prezident İlham Əliyevə möhkəm cansağlığı və vəzifəsinin icrasında uğurlar, Azərbaycan vətəndaşlarına sülh, firavanlıq arzulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026