• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bu, ABŞ-ın liderliyini ciddi şəkildə sarsıdacaq - Kuleba

DÜNYA

16 Mart 2024 | 19:31 | Müəllif: Subhan Mahmudov

Bu, ABŞ-ın liderliyini ciddi şəkildə sarsıdacaq - Kuleba

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Kuleba telefon danışığında Kiyevə yardımın dayandırılmasının ABŞ-a da ciddi zərbə olacağını bildirib:

“Ukraynaya dəstəyi davam etdirməmək ABŞ-ın bütün dünyada liderliyini ciddi şəkildə sarsıdacaq və ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına salacaq”.

XİN-in məlumatına görə, Blinkenlə telefon danışığı zamanı Kuleba ABŞ və onun müttəfiqlərindən, o cümlədən hava hücumundan müdafiə sistemləri və artilleriya sursatlarının tədarükü yolu ilə Ukraynaya davamlı dəstəyin zəruriliyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026