• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

DÜNYA

15 Aprel 2024 | 18:50

Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Ramazan bayramı günlərində Türkiyənin tarixi yerlərini 1 milyon 784 min 233 nəfər ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb. İnsanların Türkiyənin tarixi və mədəni irsinə böyük maraq göstərdiklərini deyən nazir ən çox ziyarətçi qəbul edən məkanın Mövlana Muzeyi olduğunu bildirib.

Bu siyahının ilk beşliyində, həmçinin İzmir Efes, Dənizli Hierapolis (Pamukkale), Nevşehir Zelve-Paşabağlar və Nevşehir Göreme tarixi abidələri yer alıb.


SON XƏBƏRLƏR