ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenskinin yaxın bir neçə həftə ərzində görüş ehtimalı yüksəkdir.
Bakıvaxtı.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi birgə brifinqdə danışıqların yekununda deyib.
“Əminliklə gözləyirəm ki, yaxın həftələrdə onların bu fürsəti olacaq. Digər məsələlərlə yanaşı, biz ikitərəfli təhlükəsizliklə bağlı saziş imzalamaq niyyətindəyik”, - o bildirib.