"Türkiyədə 2024/2025-ci tədris ilindən süni intellekt dərslərinin tədrisinə başlanacaq".
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Nazirin sözlərinə görə, YÖK və BTK Akademiyasının əməkdaşlığı ilə 2024/2025-ci il payız semestrində universitetlərin tədris planına süni intellekt dərsləri daxil ediləcək:
"Hazırda davam edən hazırlıq işlərinin bu il avqust ayının sonuna qədər tamamlanması gözlənilir. Universitetlərdə rəqəmsal texnologiyalar və süni intellekt dərslərinin kurikuluma daxil edilməsi planlaşdırılır".
Gülşən Şərif
















