İzmirdə 2 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı 29 nəfər şübhəli saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə iyulun 12-də küçədə baş verib.
Belə ki, yağan leysan zamanı yolla hərəkət edən Özge Cereni və onu xilas etməyə çalışan İnanc Öktemayı elektrik cərəyanı vururaq öldürüb.
Bundan əvvəl sakinlərin elektrik xətlərinin yerə yaxın olması ilə bağlı dəfələrlə şikayət etdikləri məlum olub.
Faktla bağlı cinayət işi açılıb.