ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az ABŞ Geoloji Xidmətindən verilən açıqlamaya istinadən xəbər verir ki, Los-Anceles bölgəsində 4,6 bal gücündə zəlzələnin baş verib.
Açıqlamada episentri Los-Ancelesin Highland Park bölgəsi yaxınlığında olan zəlzələnin 12,1 kilometr dərinlikdə baş verdiyi qeyd edilib.
Bildirilib ki, xəsarət alanlar və ya böyük dağıntılar baş verməyib.
Qeyd edə ki, ötən həftə Kaliforniyanın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib və Los-Ancelesdə geniş hiss olunub.
Əli Hüseynov