• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

İsrail müdafiə nazirinin evinin yaxınlığında etiraz aksiyası keçirilib

DÜNYA

12 Sentyabr 2024 | 10:47

İsrail müdafiə nazirinin evinin yaxınlığında etiraz aksiyası keçirilib

İsrail müdafiə ordusunun ehtiyatda olan hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı qətiyyətli addımların atılmasını tələb edir. Bununla əlaqədar onlarla insan ölkənin müdafiə naziri Yoav Qalantın evinin yaxınlığında etiraz aksiyası keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti yazıb.

Etirazçılar arasında həlak olan hərbçilərin qohumları və xidmətdə olan hərbi qulluqçular da olub və onlar müdafiə nazirindən qələbə tələb edən şüarlar səsləndiriblər.

"Biz qələbə tələb edirik və buna necə nail olacağını bilmirsənsə, açarları təhvil ver", – etirazçılar bildiriblər.


SON XƏBƏRLƏR

21 Dekabr 2024