• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

DÜNYA

12 Oktyabr 2024 | 00:52 | Müəllif: Subhan Mahmudov

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə “Rusiyanın enerji şəbəkəsinə davamlı zərbələri və cəbhədəki aktiv döyüş əməliyyatları fonunda” Kiyevin ehtiyaclarını müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna lideri teleqramda bildirib.

Onun sözlərinə görə, danışıqların əsas mövzuları Ukraynadakı təhlükəsizlik vəziyyəti, Rusiyanın enerji şəbəkəsinə davamlı zərbələri və cəbhədəki aktiv döyüş əməliyyatları fonunda ehtiyaclar, həmçinin regional tərəfdaşlıqların inkişafı olub.

“Almaniyaya Ukraynaya göstərilən yardımın miqdarında, ilk növbədə müdafiə sahəsində Avropa liderliyi üçün təşəkkür edirəm. Növbəti ildə də onu eyni yüksək səviyyədə saxlamaq vacibdir”, – o əlavə edib.

Daha öncə Zelenskinin Almaniyanın Baş naziri Olaf Şoltsla da görüşü baş tutub. Ukraynanın dövlət başçısı, Şoltsa “qələbə planı”nın təfərrüatlarını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026