• Bakı 10° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Həkim xəstəni xilas edərkən öldü

DÜNYA

10 Noyabr 2024 | 21:25

Həkim xəstəni xilas edərkən öldü

Gürcüstanda cərrah Rostom Şvelidze mürəkkəb əməliyyat keçirərkən ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Bildirilib ki, Şvelidze Zestafon bələdiyyəsinin Tsiplavake kəndindən olan, qonşusu ilə mübahisə zəminində ov tüfəngi ilə yaralanan gəncin həyatını xilas etməyə çalışıb. Əməliyyat 8 saat davam edib.

Əməliyyat zamanı həkimin vəziyyəti pisləşib, buna baxmayaraq, o, gəncin həyatını xilas etmək üçün mübarizəsini dayandırmayıb. Nəticədə həkim əməliyyatı apararkən dünyasını dəyişib.

Məlumata görə, həkim dünyasını dəyişdikdən sonra xəstəni də xilas etmək mümkün olmayıb./axar.az


SON XƏBƏRLƏR

12 Noyabr 2024