• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Rusiyada azərbaycanlı məktəblinin ölümünə səbəb oldu

DÜNYA

10 Dekabr 2024 | 21:21

Rusiyada azərbaycanlı məktəblinin ölümünə səbəb oldu

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı sürücü qəza törədib.

Bakıvaxtı.az bildirir ki, hadisə dekabrın 5-də Sadovoy kəndi yaxınlığındakı magistral yolda baş verib.

17 yaşlı məktəbli Artem qəza nəticəsində dünyasını dəyişib. Məlumata görə, hadisə baş verən gün oğlan məktəbdən yayınaraq qonşusu ilə işə gedib.

İlkin məlumatlara görə, Azərbaycan vətəndaşının idarə etdiyi mikroavtobus içərisində yeniyetmənin olduğu dayanmış yük maşınına çırpılıb. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mikroavtobusun sürücüsü daha əvvəl idarəetməni itirərək yolun kənarına çıxıb. Hər iki sürücü ayıq olub və xəsarət almayıb. Polis qəzanın son səbəbini müəyyən etmək üçün araşdırma aparır. /lent.az


SON XƏBƏRLƏR

18 Aprel 2025