• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Trampın Ermənistanla bağlı planı – İsrail xəfiyyəsi

DÜNYA

11 Noyabr 2024 | 00:15 | Müəllif: Subhan Mahmudov

Trampın Ermənistanla bağlı planı – İsrail xəfiyyəsi

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdəki gərginliyi azaltmaq istəyir.

Bakıvaxtı.az axar.az-a istinadən bildirir ki, bu sözləri İsrailin "Nativ" kəşfiyyat xidmətinin keçmiş rəhbəri, politoloq Yakov Kedmi Bolqarıstanın "Pogled İnfo" portalına müsahibəsində deyib.

O bildirib ki, ABŞ Trampın rəhbərliyi altında Rusiya ilə rəqabətə davam edəcək:

"Bununla belə, ABŞ öz taktikasını dəyişəcək. Ağ Ev hərbi üsullar əvəzinə Rusiya Federasiyasının qonşu dövlətlərini öz maraqları orbitinə cəlb etməyə başlayacaq. Bu, onların Qərbə münasibətini tədricən dəyişməyə imkan verəcək.

Trampın taktikası Rusiyanın ətrafındakı bütün periferik dövlətlərlə - Qazaxıstan, Monqolustan, Özbəkistan, Ermənistan, bəlkə də Gürcüstan, bəlkə də Belarusla münasibətləri gücləndirməkdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026