İsrailin baş naziri Benyamin Netanyahu İordaniya ilə sərhəddə divar çəkməyi planlaşdırdığını bildirib.
Bakıvaxtı.az "Times of İsrael"-a istinadla xəbər verir ki, Baş nazir Netanyahu sentyabrın 8-də 3 israillinin öldürüldüyü Kral Hüseyn Sərhəd Qapısına baxış keçirib.
Burada açıqlama verən Baş nazir bildirib:
"Çoxşaxəli bir qarşıdurmanın ortasındayıq və bu halda İordaniya ilə şərq sərhədimizin təhlükəsizliyini təmin etməliyik. Bu, sülh sərhədidir və biz İordaniya ilə əməkdaşlıq edirik".
O, əlavə edib:
"Biz burada qaçaqmalçılıq cəhdlərinə qarşı möhkəm divar çəkməyə çalışacağıq və bunu qonşularımızla koordinasiyada edirik. Bu sərhədlərin sülh və təhlükəsizlik sərhədləri olaraq qalmasını təmin etmək bizim üçün vacibdir".
Əli Hüseynov