• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dəhşətli qasırğa ABŞ-a 50 milyon dollar ziyan VURDU

DÜNYA

12 Oktyabr 2024 | 00:21 | Müəllif: Subhan Mahmudov

Dəhşətli qasırğa ABŞ-a 50 milyon dollar ziyan VURDU

ABŞ-ın Florida ştatının "Milton" qasırğasının vurduğu ziyan və onun nəticələri təxminən 50 milyard dollar dəyərində qiymətləndirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

"Mütəxəssislərə görə, qasırğa təxminən 50 milyard dollar ziyan vurub", - deyə ABŞ prezidenti qeyd edib.

C.Bayden qeyd edib ki, hakimiyyət Floridada enerji təchizatının bərpasına və dağıntıların təmizlənməsinə diqqət yetirir.

Qeyd edək ki, 3-cü kateqoriyaya aid olan "Milton" qasırğası oktyabrın 9-u yerli vaxtla saat 20:30-da Siesta-Ki yaxınlığında Florida ştatının qərb sahilində başlayıb. Küləyin sürəti 193 km/saata çatıb.

Qasırğa nəticəsində azı on nəfər ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026