• Bakı 19° C

    8.22 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

ABŞ-dən Ukraynaya daha bir yardım paketi 

DÜNYA

12 Sentyabr 2024 | 09:35

ABŞ-dən Ukraynaya daha bir yardım paketi 

ABŞ Ukraynaya 700 milyon dollardan çox yardım edəcək.

Bakıvaxtı.az ABŞ mediasına istinadla xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin Ukraynaya müxtəlif sahələrdə ümumilikdə 717 milyon dollar dəstək verəcəyini açıqlayıb.

Belə ki, Ukraynanın xarici işlər naziri Andriy Sbiqa 4-cü Krım Platforması Liderlər Sammitində iştirak etmək üçün Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə birgə mətbuat konfransı keçirib.

Sbiqa qonaq nazirlərlə birlikdə ölkəsində davam edən müharibə ilə bağlı baş verənləri dəyərləndirib.

Görüş zamanı Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək addımların müzakirə edildiyini qeyd edən Sbiqa bildirib: 

"Bu gün həmkarlarımızla söhbətimizin əsas mövzusu dövlətimizin müdafiə qabiliyyətinin gücləndirilməsidir".

O, həmçinin Ukrayna ordusu üçün yerli istehsalın artırılmasının və onun silahlarının alınmasına sərmayə qoyulmasının vacibliyini vurğulayıb.

Əli Hüseynov

 

 

 


SON XƏBƏRLƏR