• Bakı C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

11 sentyabr hücumunun ildönümü ilə əlaqədar tədbirlər keçirilib

DÜNYA

12 Sentyabr 2024 | 09:56

11 sentyabr hücumunun ildönümü ilə əlaqədar tədbirlər keçirilib

ABŞ tarixində ən böyük terror aktı kimi qeydə alınan 11 sentyabr 2001-ci il hücumlarının 23-cü ildönümündə Nyu Yorkda təşkil edilən mərasimlə qurbanlar anılıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ tarixində ən böyük terror aktı kimi qeydə alınan 11 sentyabr 2001-ci il hücumlarının 23-cü ildönümündə qurbanlar Nyu-York, Pensilvaniya və ABŞ Müdafiə Nazirliyində (Pentaqon) təşkil edilən mərasimlərlə anılıb.

Keçmiş Dünya Ticarət Mərkəzinin yerləşdiyi ərazidə keçirilən ilk mərasimdə ABŞ prezidenti Co Bayden, vitse-prezident Kamala Harris, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, vitse-prezidentliyə namizəd JD Vens, Nyu-York senatoru Çuç Şumer və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq iştirak ediblər. 

Mərasim başlamazdan əvvəl 5 noyabr prezident seçkiləri üçün dünən axşam canlı yayımda ilk debatını keçirən Harris və Trampın əl sıxaraq bir-birini salamlaması diqqət çəkib.

Mərasim hücumda həyatını itirənlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, həlak olanların adları ucadan oxunub.

Nyu Yorkdakı mərasimdən sonra Bayden və Harris sentyabrın 11-də qaçırılan sonuncu təyyarənin qəzaya uğradığı Pensilvaniya ştatının Şenksvill şəhərində keçirilən mərasimə gediblər.

Bayden 11 Sentyabr hücumlarının ildönümü ilə bağlı verdiyi yazılı açıqlamada "23 il əvvəl bu gün terrorçular iradəmizi qırıb bizi diz çökdürə biləcəklərinə inanırdılar. Onlar yanıldılar və hər zaman yanılacaqlar" deyə qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR