Malayziyada aparılan arxeoloji tədqiqatlar zamanı təxminən 16 min il bundan öncəyə aid olduğu iddia edilən insan skeletləri tapılıb.
Bakıvaxtı.az "Bernama"-ya istinadla xəbər verir ki, Malayziya Milli Universitetindən Prof. Dr. Zuliskəndər Ramlinin rəhbərlik etdiyi qrup Nenggiri vadisində 4 fərqli nöqtədə yerləşən 13 əhəngdaşı mağarasında araşdırma apararkən 16 nəfərin skeletini tapıb.
Arxeoloqlar qazıntı zamanı tapılan ən qədim skeletin 16 min il yaşı ola biləcəyi qənaətindədirlər.
Aşkar edilən skeletlərin əksəriyyətinin bölgənin neolitdən əvvəlki mədəniyyətə aid olduğunu bildirən Ramli, skeletlərdən 15-nin əyilmiş və ya tam əyilmiş vəziyyətdə, bir skeletin isə düz basdırıldığını bildirib.
Əli Hüseynov