• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Türkiyədən əməliyyat: 17 kürd döyüşçüsü öldürülüb

DÜNYA

13 Avqust 2024 | 11:51

Türkiyədən əməliyyat: 17 kürd döyüşçüsü öldürülüb

 Türkiyənin İraqın şimalında həyata keçirdiyi aviazərbələr nəticəsində Kürdüstan Fəhlə Partiyasının (PKK) hədəflərinə hava zərbələri endirib.

Bakıvaxtı.az Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hava zərbələri İraqın şimalındakı "Pəncə-Qala" əməliyyatı bölgəsində həyata keçirilib. 

Transsərhəd əməliyyatı nəticəsində 17 yaraqlı öldürülüb. Partlayışın dəqiq tarixi və vaxtı açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə 2022-ci ilin aprel ayında İraqla sərhəddə yerləşən Mətinə, Zab və Avaşin Basyan bölgələrində PKK yaraqlılarına qarşı "Pəncə-Qala" əməliyyatına başlayıb. Türkiyə təhlükəsizlik qüvvələri Şimali İraqda tez-tez sərhədyanı əməliyyatlar keçirir və Ankaranın Türkiyəyə hücumlar təşkil etmək üçün istifadə edildiyini iddia etdiyi PKK sığınacaqlarını və bazalarını hədəf alır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2024