• Bakı 19° C

    8.22 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

Cənubi Koreya: "Şimali Koreya bir neçə ballistik raket atıb"

DÜNYA

12 Sentyabr 2024 | 11:06

Cənubi Koreya: Şimali Koreya bir neçə ballistik raket atıb

Şimali Koreya Yapon dənizinə doğru bir neçə qısamənzilli ballistik raketlər buraxıb. 

Bakıvaxtı.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargahı məlumat yayıb.

Məlumata görə, raketlər təxminən 360 km uçaraq Yapon dənizinə düşüb.Raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından (EEZ) kənara düşüb. Təyyarə və gəmilərə heç bir ziyan dəyməyib. 

Cənubi Koreya ordusu atılan raketlərin dəqiq sayını açıqlamasa da, Şimali Koreyanın bu addımına etirazını bildirib:

"Əgər raketlər cənub istiqamətində buraxılsaydı, onlar Cənubi Koreyanın Seul və Daejon da daxil olmaqla iri şəhərlərinə, Keren və Qunsandakı hərbi obyektlərə çata bilərdi".

Gülşən Şərif


SON XƏBƏRLƏR