Şimali Koreya iki aylıq fasilədən sonra şərq sahillərindən qısa mənzilli ballistik raketlər buraxıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı raketlərin yerli vaxtla saat 07:10-da Pxenyandan buraxıldığını və təxminən 350 kilometr qət etdikdən sonra dənizə düşdüyünü açıqlayıb.
Yaponiya Müdafiə Nazirliyi isə Şimali Koreyanın atdığı ən azı iki raketin təxminən 350 kilometr məsafə qət etdiyini və 100 kilometr yüksəkliyə çatdığını təsdiqləyib.
Yaponiyanın baş naziri Fumio Kişida bu hücumu şiddətlə qınadıqlarını və Şimali Koreyaya rəsmi etiraz notası verdiklərini açıqlayıb.
Əli Hüseynov