• Bakı 19° C

    8.22 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

Pentaqon bu raketlərinin istehsalına 1,2 milyard dollar ayırdı

DÜNYA

12 Sentyabr 2024 | 10:58

Pentaqon bu raketlərinin istehsalına 1,2 milyard dollar ayırdı

Pentaqon AMRAAM orta mənzilli təyyarə raketlərinin istehsalı üçün "Raytheon" şirkəti ilə 1,195 milyard dollarlıq müqavilə imzalayıb. 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun saytında məlumat verilib.

Məlumata əsasən, partiyanın 2028-ci il dekabrın 31-dək istehsal olunacağı gözlənilir. Müqavilə raketlərin bir sıra ölkələrə, o cümlədən Ukrayna, Böyük Britaniya, Finlandiya, Almaniya, Macarıstan, İtaliya, Yaponiya və digər ölkələrə tədarükünü nəzərdə tutur.

AMRAAM orta mənzilli havadan havaya idarə olunan raketdir. Silah hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. ABŞ-dən başqa, raketlər Britaniya, Almaniya və digər NATO hava qüvvələri ilə də xidmətdədir. AMRAAM F-15C, F-15E, F-16, F/A-18C/D, F/A-18E/F və F-22 döyüş təyyarələrinin əsas silahıdır.

Gülşən Şərif


SON XƏBƏRLƏR