"Avqustun 6-dan Ukrayna hakimiyyəti ölkənin şimal-şərqində və Rusiya ilə həmsərhəd olan Sumi vilayətinin 23 yaşayış məntəqəsindən 3800-ə yaxın insanı təxliyə edib".
Bakıvaxtı.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Sumi Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri Vladimir Artyux deyib.
Onun sözlərinə görə, təxliyə olunanların 175-i nəfəri uşaqlardır:
"Rusiyanın mütəmadi olaraq atəş etməsinə görə regionun bəzi ərazilərində məcburi təxliyə tətbiq edilib. Belə ki, Rusiya qoşunları Sumi vilayətinin sərhəd ərazilərinə gündəlik 50-yə yaxın hava bombası atırlar".
Gülşən Şərif