Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Sudanda humanitar vəziyyətin faciəvi həddə çatdığını bildirib.
Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir ki, açıqlamada Sudanın Şimali Darfur əyalətinin mərkəzi Faşirdəki Zəmzəm Qaçqınlar Düşərgəsində ciddi qida qıtlığının yaşandığı, yarım milyon köçkün insana ev sahibliyi etdiyi, bunun da yüksək qida çatışmazlığı və ölüm nisbətlərinə yol açdığı bildirilib.
Bəyanatda vurğulanıb ki, Sudan ərazisində məcburi köçkünlərin demək olar ki, hamısı ciddi ərzaq təhlükəsizliyinin müşahidə olunduğu ərazilərdə yaşayır.
Əli Hüseynov