• Bakı 23° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

"Putinə sui-qəsd cəhdləri ABŞ-nin vəsaiti hesabına hazırlanıb" - Zaxarova

DÜNYA

14 Iyul 2024 | 11:33

Putinə sui-qəsd cəhdləri ABŞ-nin vəsaiti hesabına hazırlanıb - Zaxarova

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun Rusiya prezidenti Vladimir Putinə qarşı təşkil etdiyi sui-qəsd cəhdləri ABŞ-nin vəsaiti hesabına hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bBu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.

Diplomat qeyd edib ki, Budanov Kiyevin Putinə sui-qəsd cəhdlərini açıq şəkildə etiraf edib.

“Bu sui-qəsd yenə də Amerika pulu ilə hazırlanıb", - deyə o vurğulayıb.
Qeyd edək ki, Ukraynanın Dövlət Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanov Ukraynanın “Yeni səs” nəşrinə müsahibəsində "Putinin həyatına sui-qəsdlər olub, lakin gördüyünüz kimi, onlar uğursuz alınıb” deyə etiraf edib.


SON XƏBƏRLƏR

22 May 2025