• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Ərdoğan: "Siyasətdə kin saxlamırıq"

DÜNYA

15 May 2024 | 16:33

Ərdoğan: Siyasətdə kin saxlamırıq

"Siyasətdə deyil, yalnız dövlətin və millətin maraqları üçün kin saxlayırıq".

Bakıvaxtı.az "Son Dakika"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında çıxış edən Ərdoğan bildirib ki, siyasətdə Türkiyənin qapıları hər kəsə açıqdır. 

"Prinsipləri prinsiplərimizlə üst-üstə düşən hər kəsə partiyamızın qapıları açıqdır. Biz millətimizin, dövlətimizin mənafeyinə görə kin saxlayırıq, amma siyasətdə kin anlayışını heç vaxt qəbul etmirik. Xəyanətə səbəb olmayan hər dostluq əbədidir. Bizim üçün səmimiyyət, xeyirxahlıq, ölkəyə və millətə xidmət etmək istəyi var" - deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədridir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

07 Sentyabr 2024