• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edəcək - YENİLƏNİB

DÜNYA

15 May 2024 | 16:45

Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edəcək - YENİLƏNİB

Fransa etirazlar zamanı yüzlərlə vətəndaşın və polisin yaralandığı Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edəcək.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının açıqlamasında bildirilir.

***

11:31

Yeni Kaledoniyada iğtişaşlarda üç nəfər həlak olub.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

    Ölənlər adanın yerli sakinləri olan gənc Kanaklardır. Yüzlərlə şəxsin iğtişaşlarda yaralandığı bildirilir.

    Qeyd edək ki, iğtişaşlar Fransa Milli Assambleyasının Sakit okean adasında səsvermə qaydalarına dəyişiklikləri təsdiqləməsindən sonra başlayıb.

    Bazar ertəsi Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri qanuna edilən bu dəyişikliyin Kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatdır.

    Fransanın daxili işlər naziri Gerald Darmaninin sözlərinə görə, iğtişaşlar zamanı yüzə yaxın polis yaralanıb, bir neçə mağaza dağıdılıb.

    "130-dan çox şəxs saxlanılıb, onlarla iğtişaşçı nəzarətə götürülüb və məhkəmə qarşısına çıxarılacaq", - Fransa ali komissiyası bildirib.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024