• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İranda metroda dəhşət: Gənc oğlan güllələndi - VİDEO

DÜNYA

15 May 2024 | 17:36

İranda metroda dəhşət: Gənc oğlan güllələndi - VİDEO

İranda metroda gənc oğlan güllələnib.

Bakıvaxtı.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir.

Bu gün sosial şəbəkələrdə Tehran metrosunun ikinci xəttində yerləşən “Fədək” stansiyasının döşəməsində qanlar içində uzanan gəncin görüntüləri paylaşılıb.

Məlumata görə, şəxsi geyimli silahlı muzdlu həmin gənci vurub.

Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları insanların həmin anları çəkməsinə mane olublar.

Güllə yarası alan gənclə bağlı ətraflı məlumat verilmir.

İnsidentin hansı səbəbdən baş verməsi bəlli deyil.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024