Özbəkistanda "Hamster Kombat" mobil oyununun oyunçularını 15 sutkaya qədər həbs gözləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan-MDK “Telegram” kanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Özbəkistan hakimiyyəti "Hamster Kombat" oyunçularına virtual sikkələrin kriptovalyutalara və real pula dəyişdirilməsinə görə inzibati məsuliyyət barədə xəbərdarlıq edib.
Həbsdən əlavə, oyunçular 10,2 milyon sum məbləğində cərimə də ola bilər.
Mina Mikayılova

jpg-1718370898.jpg)













