Belarus Respublikası Prezidentinin köməkçisi - Minsk vilayəti üzrə inspektor Vladimir Kalaç 55 yaşında qəflətən vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BELTA-ya Minsk Vilayət İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Vladimir Kalaç 1969-cu ildə Brest vilayətində anadan olub. 2010-2018-ci illərdə Belarus Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin Minsk və Minsk vilayəti üzrə şöbəsinin rəisi vəzifəsində işləyib. 2018-2021-ci illərdə Belarus Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini olub.
2021-ci ildən Vladimir Kalaç Belarus Respublikası Prezidentinin köməkçisi - Minsk vilayəti üzrə müfəttiş vəzifəsində çalışır. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilib.