"Gürcüstan parlamentinin təsdiq etdiyi "Xarici təsirin şəffaflığı" qanun layihəsin Rusiyanın təsiri altında atılmış bir addımdır".
Bakıvaxtı.az "USA Today"ə istinadən bildirir ki, bunu Ağ evin sözçüsü Karine Jan-Pierre deyib.
Onun sözlərinə görə, Gürcüstan parlamentində qəbul edilən yeni qanun layihəsi ABŞ administrasiyasını dərindən narahat edir.
"Sözügedən qanun layihəsi Gürcüstandakı demokratik dəyərlərə zərər verəcək. Gürcüstan həm Avropa Birliyi, həm də NATO kontekstində geriyə addım atmasa, münasibətlərimizə köklü şəkildə yenidən baxmalı olacağıq" - deyə Ağ Ev rəsmisi qeyd edib.
Gülşən Şərif